Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 14:00
Türkiyənin divası Bülent Ersoy Bakıya gəlir. Türkiyənin divası Bülent Ersoy Bakıda ilk dəfə möhtəşəm konsert ilə çıxış edəcək. Sonxeber.net xəbər verir ki, Ersoyun 100-cü konserti 24 oktyabr tarixində gerçəkləşəcək. Sənətçi konsertin anonsunu verib: "Hörmətli Azərbaycan xalqı, sizi çox sevirəm və hörmət edirəm. Qardaş vətənimə gələcəyəm. Əgər məni görməyi arzu edirsinizsə, o zaman konsertimə gəlin. Musiqisevər Azərbaycan xalqı, 24 oktyabrda görüşmək ümidi ilə..."
Qeyd edək ki, konsertin təşkilatçısı "Boomerang label" şirkətidir.
İnformasiya dəstəyi- Trend.az, Day.az, Sonxeber.net