Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stiv Cobsun ölüm səbəbi bəlli oldu

Stiv Cobsun ölüm səbəbi bəlli oldu

Tarix: 5 Fevral 2020 11:40

Həkim-onkoloq Devid Aqus "Apple"in qurucusu Stiv Cobsu xərçəng xəstəliyindən müalicə edə bilməməsinin səbəbini izah edib.

Bu barədə həkim "Forbes" jurnalına verdiyi müsahibədə bildirib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verirki, D.Aqus S.Cobsun əməliyyatdan imtina edərək digər müalicə üsulunu seçdiyini deyib.

"Xəstəliyinin ilk mərhələsində müraciət etdiyi həkimlər səhv edərək xəstəyə əməliyyat etməyi yox, qida terapiyasından keçməyi məsləhət görüblər. Beləliklə, xərçəng bütün bədənə yayılıb. Bu, səhv idi".

Xatırladaq ki, S.Cobs 5 oktyabr 2011-ci il 56 yaşında mədəaltı vəzi xərçəngindən vəfat edib. 


Etiketlər:  Stiv Cobsun ölüm səbəbi bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ