Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 12:10
Bakı. Trend:
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Abdullayev avtomobillə birgə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabirabad RPŞ-yə müraciət edən Bulduq kənd sakini N.Mehdizadə fevralın 3-də kənd ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tərdbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Abdullayev avtomobillə birgə BDYPİ-nin postunda polis əməkdaşları tərəfindən saxlanılıb və Rayon Polis Şöbəsinə təhvil verilib.
Araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin