Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çindən İrana gətirilən vətəndaşların birində yeni koronavirus əlamətləri var

Çindən İrana gətirilən vətəndaşların birində yeni koronavirus əlamətləri var

Tarix: 5 Fevral 2020 14:42

Çindən İrana gətirilən vətəndaşların birində yeni koronavirusun əlamətləri aşkarlanıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin yoluxucu xəstəliklərin idarə olunması mərkəzinin direktoru Məhəmməd Mehdi Quya deyib. Onun sözlərinə görə, həmin şəxs üçün xüsusi səhiyyə tədbirlər görülüb.

Quya əlavə edib ki, Çinin Uhan şəhərində təxminən 80 iranlı yaşayır. Onlardan 50 nəfəri bu gün səhər könüllü şəkildə ölkəyə qayıdıb.

Nazirlik rəsmisi Çindən gələn iranlıların 14 gün karantində saxlanılacağını deyib: "Çinə uçuşlar dayandırılıb. Müraciət olunduğu halda vətəndaşların İrana qaytarılması üçün imkanlar yaradılacaq. İranda yeni koronavirusa yoluxma şübhəsi ilə bağlı 9 hal qeydə alınıb. Bütün hallarda analizlərin nəticəsi mənfi olub".

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb, ölənlərin sayı 491 nəfərə, yoluxanların sayı isə 24,3 minə çatıb.

Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.


Etiketlər:  Çindən İrana gətirilən vətəndaşların birində yeni koronavirus əlamətləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ