Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 16:52
Bakı. Trend:
Türkiyənin Van vilayətində qar uçqununda ölənlərin sayı artıb.
Trend-in məlumatına görə, uçqun altında qalanların hamısı - 23 nəfər ölüb.
XXX
15:36
Türkiyənin Van vilayətində qar uçqunu baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 8 nəfər həlak olub.
Ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, uçqun altında 10-15 nəfər qala bilər.
Hazırda itkin düşənlərin axtarışları aparılır.
Qeyd olunur ki, birinci uçqun baş verdikdən sonra, itkin düşənlərin axtarışları davam edərkən ikinci uçqun baş verib.
Qar uçqununda Prezident Rəcəb Tayyib Ərdoğanın müşaviri Gülşən Orhan da xəsarət alıb. O, uçqunun altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin