Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real"da ciddi itki - mövsümü bitirdi

Tarix: 20 Aprel 2019 12:04

“Real” ciddi itki ilə üzləşib.

Qol.az “AS” nəşrinə istinadən xəbər verir ki, müdafiəçi Alvaro Odriosolo zədələnib.

Məşq zamanı Vinisiusla toqquşan 23 yaşlı futbolçu yerə uğursuz düşüb və körpücük sümüyü qırılıb. Müayinədən sonra məlum olub ki, futbolçu mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Dani Karvahalın zədələnməsindən sonra heyətdə möhkəmlənən Odriosolo bu mövsüm “Real”da 22 oyuna çıxıb və 1 qol vurub.

 


Etiketlər:  Realda ciddi itki mövsümü bitirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ