Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 20:54
"Çinin Uhan vilayətindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarının səhhəti yaxşıdır, heç bir şikayətləri yoxdur".
Sonxeber.net xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Elçin Tanrıverdiyev deyib.
O bildirib ki, 14 gün karantin müddəti tamam olduqdan sonra Azərbaycan vətəndaşları xəstəxanadan buraxılacaqlar.
"Karantin müddətinin başa çatmasına bir neçə gün qalmış Azərbaycan vətəndaşlarının vətənə yola salınması məsələsi öz həllini tapacaq", - deyə E. Tanrıverdiyev vurğulayıb.
Qeyd edək ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə ümumilikdə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları olub.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, Çinin Uhan vilayətindən Türkiyəyə təxliyə edilən şəxslərdə koronavirus aşkarlanmayıb.