Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 16:24
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə kubokunun 1/4 finalında "Alanyaspor"a 0:2 hesabı ilə uduzduqları ilk matçın gedişatında futbolçusu Yunes Belhandaya əsəbiləşib.
Qol.az xəbər verir ki, o, start heyətdə şans verdiyi 29 yaşlı yarımmüdafiəçinin dəqiq olmayan ötürməsindən sonra iki əlini də yana açıb. Türkiyə mediası Terimin köməkçisi Həsən Şaşa Belhanda ilə bağlı "Xəstə, ruhi xəstə" sözlərini dediyini yazıb.
Qeyd edək ki, Belhanda 80-ci dəqiqədə əvəzlənib.