Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Honor 20 Lite” təqdim edilib

“Honor 20 Lite” təqdim edilib

Tarix: 6 Fevral 2020 16:09

"Honor" brendinin sahibi "Huawei" şirkəti Rusiya bazarında ötənilki "Honor 20" qabaqcıl smartfonunun "yüngül" versiyasını təqdim edib. Yeni aparata 48 meqapiksellik obyektivə malik üçqat əsas kamera və 2018-ci ildə təqdim edilmiş "Kirin 710" prosessoru quraşdırılıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, "Honor 20 Lite" smartfonu "FullHD " təsvir ölçülü 6,15 düymlük ekran, 8 nüvəli çip, 128 QB daxili və 4 QB əməli yaddaşla təchiz edilib. Çəkiliş üçün əsas 48 meqapiksellik sensor, 8 meqapiksellik genişbucaqlı və 2 meqapiksellik portret modulu mövcuddur. 24 meqapiksellik selfi kamera gecə çəkiliş rejimini dəstəkləyir.

 

Batareyanın tutumu 3340 milliamper/saatdır, 18 vattlıq "SuperCharge" sürətli enerji doldurma dəstəyi reallaşdırılıb. Həmçinin arxa paneldə barmaq izləri skanerinin mövcudluğu və təmassız ödənişlərin edilməsi üçün NFC texnologiyasının reallaşdırıldığı bildirilib.

 

Emil Hüseynov




Etiketlər:  Honor Lite təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ