Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 17:56
"Borussiya Dortmund"un futbolçusu Marko Roys 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ölkə kubokunun 1/8 finalında "Verder"lə oyunda (2:3) zədələnib.
Futbolçunun Çempionlar Liqasının 1/8 finalında PSJ ilə hər iki görüşü buraxacağı da məlum olub.
Qeyd edək ki, "Borussiya" və PSJ arasındakı ilk matç fevralın 18-i, cavab qarşılaşması isə martın 11-də keçiriləcək.