Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 15:28
"KOB Evi operativlik, nəzakət və çeviklik prinsiplərinə uyğun olaraq müasir innovasiyalara əsaslanan dövlət-biznes (G2B) və biznes-biznes ximətlərinin təqdim olunmasının vahid məkanına çevrilib".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov Xaçmazda KOB Evinin açılış mərasimində deyib.
O bildirib ki, KOB Evində sahibkarlar üçün startap layihələrin biznes və marketinq planlarının hazırlanması, biznes sahəsində maarifləndirmə, sahibkarlıq fəaliyyətinin qeydiyyatı, resurslara, logistika və infrastruktur şəbəkələrinə çıxışın asanlaşdırılması, mühasibat uçotunun aparılması, idxal-ixracın rəsmiləşdirilməsi üzrə xidmətlər göstəriləcək, eləcə də ixracın təşviqi və digər istiqamətlər üzrə tədbirlər həyata keçiriləcək.