Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rəhim Qazıyevin qızının avtomobilinə ziyan vurulub? - Polis faktı araşdırdı

Rəhim Qazıyevin qızının avtomobilinə ziyan vurulub? - Polis faktı araşdırdı

Tarix: 7 Fevral 2020 19:04

Bakı şəhər Baş Polis İdarəsi sabiq müdafiə naziri Rəhim Qazıyevin övladının avtomobilinə ziyan vurulması ilə bağlı məlumatı araşdırıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, avtomobilin şinlərinin kəsilməsi ailə münaqişəsi zəminində baş verib:

"Sosial şəbəkələrdə polisin faktla bağlı tədbirsizliyi ilə bağlı yayılan məlumatlar əsassızdır. Yasamal rayonunda Ş.Əzizova və A.Qazıyevanın birgə idarə etdikləri avtomobilin şinlərinin kəsilməsi ilə bağlı fevralın 1-də 102 Xidməti Zəng Mərkəzinə müraciət daxil olub. Həmin müraciət üzrə Yasamal RPİ 28-ci Polis Bölməsində aparılan araşdırma zamanı izahatı alınan Ramil Əzizov keçmiş yoldaşı Ş.Qazıyeva ilə boşandıqdan sonra iki azyaşlı övladını ona göstərmədiyi üçün avtomobilin şinlərini dəmir parçası ilə kəsdiyini bildirib. Yasamal RPİ 28-ci Polis Bölməsində faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir".

Milli.Az


Etiketlər:  Rəhim Qazıyevin qızının avtomobilinə ziyan vurulub Polis faktı araşdırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ