Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 23:48
Çində yeni tip koronavirus (2019-nCoV) epidemiyası ilə mübarizə aparan tibb işçilərinin görüntüləri yayılıb.
Sonxeber.net xəbər verir ki, görüntülərdə 564 nəfərin həyatına son qoyan, 28 min 18 insanda aşkarlanan virusu müalicə edən tibb işçilərinin fədakarlığı və cəhdləri əks olunub.
Qoruyucu maskalar Uhan şəhərində virusun yayılmasının qarşısını almaq üçün aylardır dayanmadan, gecə-gündüz işləyən çinli həkimlərin üzünü yara içində qoyub.
Həkimlərin günlərlə normal qidalanmadığı, istirahət etmədiyi, hətta tualetə getməyə vaxtları olmadığı üçün bezlərdən istifadə etdiyi bildirilir. (publika.az)