Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 08:48
SSD-lər kompüterlərdə istifadə olunan ən sürətli yaddaş cihazlarıdır. Əvvəllər Hard Disklər (HDD) istifadə edilsə də, artıq texnologiyanın ucuzlaması səbəbilə SSD daha populyarlaştı. Həm SSD, həm HDD istehsalçısı olan Western Digital isə SSD-lər üçün öz yeni texnologiyasını təqdim etdi. SSD yaddaş qurğularında istifadə edilən NAND adı verilən çiplərin 112 laydan ibarət BiCS5 3D NAND adlı yeni versiyası təqdim edildi.
Sonxeber.net technote.az-a istinadən bildirir ki, BiCS5 3D NAND çipləri 112 laydan ibarətdir və əvvəlki nəsil çiplərə görə SSD-ləri 50% daha sürətli edir.
WD şirkəti 2017-ci ildə 96 laydan ibarət BiCS4 adı verdiyi NAND çiplərini təqdim etmişdi. Bu gün isə 112 qatlı layı olan BiCS5 NAND çipləri təqdim olundu. Bu çiplər müasir SSD-lərin sürətini təxminən 50% artırır. Qeyd edək ki, şirkət bunu Kioxia Corporation (Köhnə adıyla Toshiba) ilə əməkdaşlıq edərək hazırlayıb. Technote olaraq da artıq SSD-lərə keçməyin vaxtı gəldiyini təsdiq edə bilərik. Həmçinin bu texnologiya artıq o qədər ucuzlaşıb kı, çox rahatlıqla Samsung istehsalı 1 TB SSD-lər almaq mümkündür.