Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 07:34
Ufa məhkəməsi yerli sakin Vladimir Sankini uşaqları pedofildən qoruduğu zaman onu öldürdüyü üçün həbs edib.
Sonxeber.net xəbər verir ki, bir gecə avtomobil mexaniki olan V.Sankin evə qayıdarkən bir uşağın ondan kömək istəyib. O, bildirib ki, iki nəfər onları yuxarıdakı evdə zor tətbiq edərək saxlayır. Onlar uşaqlara balta ilə hədə-qorxu gələrək, soyunmalarını tələb ediblər. Daha sonra onlara qarşı seksual hərəkətlər edərək, videoya çəkdiklərini bildirib. Vladimir bunu eşidən kimi uşaqların köməyinə qaçıb. Mənzilə daxil olan mexanik pedofili küçəyə çıxarıb. Küçədə onu döyən Vladimir, onu bərkdən itələyib. Bu zaman pedofil yıxılaraq, başından zərbə alıb. Xəstəxanaya çatdırılılan təcavüzkar vəfat edib.
Hadisə yerinə gələn polislər Sankini həbs edib. Ufa məhkəməsi isə onun haqqında ev dustaqlığı cəzasını çıxararaq məhkum edib.
Vladimir günahkar olduğunu etiraf edərək bildirib ki, pedofili öldürmək istəməyib. Lakin uşaqları onun əlindən xilas etdiyinə görə heç də peşman olmadığını bildirib.
İstintaq zamanı ölən kişinin 6 ay əvvəl həbsxanadan azad edildiyi və 11 il uşaq zorlaması ittihamı ilə məhkum olduğu məlum olub. Hadisə böyük səs-küyə səbəb olub.
"Vladimir Sankin qatil deyil, o, bir qəhrəmandır" bu şüarla Ufa məhkəmə binasının qarşısına yığışan insanlar çıxış edib. Həyat yoldaşı isə onunla fəxr etdiyini bidirib. (ölkə.az)