Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Komandanı yeniləyəcəyəm'' - Qvardiola

''Komandanı yeniləyəcəyəm'' - Qvardiola

Tarix: 9 Fevral 2020 13:26

"Komandanı yeniləmək haqda düşüncələrim var. Amma heç kimlə bölüşmürəm. Çünki mövsüm boyu bu barədə düşünməyə hazır deyiləm".

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola deyib. O, komandada böyük dəyişikliklər ola biləcəyini deyib:

"Əlbəttə ki, bir şey etməliyik. Çünki David Silva klubu tərk edir. Bəzi mövqelər üçün futbolçu alacağıq. Amma nə qədər oyunçu gələcəyini bilmirəm. Çünki transfer bazarında fəal olmaq həmişə çətindir. Hələ 2-3 ayımız var, böyük dəyişikliklər edilə bilər. Burada olmağım oyunçuların "Mançester Siti"yə gəlməsi üçün yeganə səbəb deyil. Düşünürəm ki, bu klub bizimlə işləmək istəyənləri cəlb etmək üçün yetərincə böyük və şanslıdır. Maddi səbəblərə görə və ya sadəcə "Mançester Siti"də oynamaq üçün buraya keçmək istəyirlər. Klub sabit idi, mən bura gəlməmişdən əvvəl də irəliləyirdi. Oyunçuların keçidi üçün səbəb deyiləm. Kifayət qədər yaxşı bir klubumuz  və bizə kömək edə biləcəyinə inanan futbolçulara ehtiyacımız var".

 


Etiketlər:  Komandanı yeniləyəcəyəm Qvardiola


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ