Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Seçkidə qələbəsi açıqlanan idman adamları – İlk dəfə parlamentə düşdülər

Seçkidə qələbəsi açıqlanan idman adamları – İlk dəfə parlamentə düşdülər

Tarix: 10 Fevral 2020 12:14

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.

Qol.az xəbər verir ki, ilkin nəticələr barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

125 dairə üzrə keçirilən seçkilərdə lider namizədlər arasında Azərbaycan idmanını təmsil edən şəxslər də var.

İlkin məlumata görə, AFFA-nın vitse-prezidenti Rauf Əliyev 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə (11 min 609 səs - 47,5 faiz), Azərbaycan Kikboks Federasiyasının prezidenti Adil Əliyev 20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə (12 min 621 səs (60 faiz), Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai 29 saylı Səbail seçki dairəsi üzrə (5 min 214 səs (42,3 faiz), Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Avropa Olimpiya Komitəsinin "İdmanda Gender Bərabərliyi" Komissiyasının üzvü Könül Nurullayeva 24 saylı Nizami birinci seçki dairəsi üzrə (8 min 984 səs (46,1 faiz) qalib gəlib.

Bundan başqa, 79 saylı İmişli Seçki Dairəsində “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev 23,7 faiz səslə liderdir. Bu dairədə səslərin sayılması isə davam edir. MSK-nın məlumatına görə, saat 7-yə kimi bu dairə üzrə 43 məntəqədən 35-nin səsləri sayılıb.


Qeyd edək ki, Nigar Arpadarai və Könül Nurullayeva ilk dəfədir parlament seçkilərinə qatılıb. Rauf Əliyev və Adil Əliyev isə bundan əvvəlki Milli Məclisə seçkilərdə də qalib gəliblər.

 


Etiketlər:  Seçkidə qələbəsi açıqlanan idman adamları İlk dəfə parlamentə düşdülər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ