Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ayxan Abbasovdan daha bir gənc oyunçuya – Etimad

Ayxan Abbasovdan daha bir gənc oyunçuya – Etimad

Tarix: 10 Fevral 2020 13:32

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbadov Azərbaycan Premyer Liqasının 16-cı turunda “Zirə”yə qarşı matçda daha bir gənc futbolçuya şans verib.

Qol.az xəbər verir ki, ikinci hissədə Xəyal Nəcəfovun əvəzinə meydana daxil olan 20 yaşlı Nəbi Məmmədov Premyer Liqada debüt oyununu keçirib. Bununla da, “Sumqayıt” FK-nın heyətində bu mövsümdə meydana çıxan limitə uyğun futbolçuların sayı 6-ya yüksəlib.

1. Elvin Cəfərquliyev - 26.10.2000-ci il / 13 oyun (1002 dəqiqə) - 2 qol.

2. Səbuhi Abdullazadə - 18.12.2001-ci il / 13 oyun (752 dəqiqə).

3. Süleyman Əhmədov - 25.11.1999-cu il / 12 oyun (758 dəqiqə).

4. Murad Xaçayev - 14.04.1998-ci il / 2 oyun (172 dəqiqə).

5. Rüfət Abdullazadə - 17.01.2001-ci il / 2 oyun (21 dəqiqə).

6. Nəbi Məmmədov – 20.08.1999-cu il / 1 oyun (3 dəqiqə).


Qeyd edək ki, “Sumqayıt” bu mövsüm hamıdan çox gənc futbolçulara şans verib.


 


Etiketlər:  Ayxan Abbasovdan daha gənc oyunçuya Etimad


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ