Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 14:46
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli "Qarabağ"ın heyətində yubiley oyununu keçirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki,hücumçu Premyer Liqada 100-cü dəfə Ağdam klubunun formasında meydana çıxıb. Bu, 16-cı turun "Neftçi" ilə matçına (0:0) təsadüf edib.
"Qarabağ"ın heyətində 2015-ci ildə debüt edən Mahir 5-ci mövsümdə "100"ə çatıb: 2015/16 - 16, 2016/17 - 21, 2017/18 - 24, 2018/19 - 26, 2019/20 - 13.
Qeyd edək ki, Mahirin Premyer Liqada "Qarabağ"ın heyətində keçirdiyi ilk matç 2015-ci il avqustun 23-də AZAL-a qarşı səfər oyunu (2:0) olub