Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xiaomi” dünyada ən güclü smartfon təqdim edəcək

“Xiaomi” dünyada ən güclü smartfon təqdim edəcək

Tarix: 11 Fevral 2020 08:12

"Xiaomi Mi 10 Pro" smartfonu üzərində keçirilmiş sınaqların nəticəsi məlum olub. Nəticələrə əsasən, aparat dünyada ən güclü smartfondur. Bu barədə Çinin "Digital Chat Station" bloqu məlumat verib.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, populyar bloqun məlumatına görə, "Xiaomi" bu yaxınlarda sözügedən smartfonunu təqdim edəcək. Müəllif mobil qurğuların məhsuldarlığını qiymətləndirən populyar "AnTuTu" testlərinin nəticəsinə istinad edib: "Mi 10 Pro" aparatı təxminən 600 min bal toplayıb. Məlumata görə, "Xiaomi Mi 10" cihazının adi versiyası təxminən 560 min bal toplayıb.
 
İnternetdə yayılmış şayiələrə görə, "Mi 10 Pro" aparatı 120 hers yeniləmə tezliyinə malik ekran, "Qualcomm Snapdragon 865" prosessoru, "LPDDR5" standartına malik 8 QB əməli yaddaş, 66 vatt gücündə sürətli enerji doldurma texnologiyası ilə təchiz ediləcək.


Etiketlər:  Xiaomi dünyada güclü smartfon təqdim edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ