Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Klinsmanndan gözlənilməz istefa

Klinsmanndan gözlənilməz istefa

Tarix: 11 Fevral 2020 15:22

"Herta"nın baş məşqçisi Yürgen Klinsmann istefa verib.

Qol.az xəbər verir ki, bu barədə o, özünün "Feysbuk" hesabında yazıb. 55 yaşlı çalışdırıcı Bundesliqada qalmaq uğrunda mübarizədə birlik, konsentrasiyanın vacib olduğunu, bunlar olmadıqda məşqçinin öz imkanlarından istifadə edə bilməyəcəyini bildirib. Y.Klinsmann bu səbəbdən uzun müddət düşündükdən sonra istefa verdiyini yazıb.

Berlin təmsilçisi də alman mütəxəssisin istefasını təsdiqləyib. Klub bu qərara təəccübləndiyini açıqlayıb. Komandanı müvəqqəti olaraq Aleksandr Nourinin çalışdıracağı bildirilib.

Qeyd edək ki, "Herta" hazırda ölkə çempionatında 23 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Klinsmann noyabrın sonunda "Herta"ya baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 10 rəsmi matçda 3 qələbə qazanmışdı.

 


Etiketlər:  Klinsmanndan gözlənilməz istefa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ