Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 17:06
"Beşiktaş"ın skautları kuryoz olayla üzləşiblər.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bir müddətdir izlədikləri Kosta Rikanın "Saprissa" komandasında çıxış edən 17 yaşlı Manfred Uqaldenin oyununa canlı baxmaq üçün San Xose şəhərinə gedən skautlar məyus olublar. Məsələ burasındadır ki, 8-ci dəqiqədə Manfred qırmızı vərəqə alaraq meydandan qovulub. Bu səbəbdən "Beşiktaş"lılar futbolçunu oyununa istədikləri qədər baxa bilməyiblər.
Qeyd edək ki, onlar İstanbuldan Kosta-Rikaya təyyarə ilə düz 11 min km.-ə yaxın yol uçublar.