Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bekhemin klubunun adı dəyişdirilə bilər - ''İnter'' məhkəməni uddu

Bekhemin klubunun adı dəyişdirilə bilər -  ''İnter'' məhkəməni uddu

Tarix: 11 Fevral 2020 18:10

Devid Bekhemin prezidenti olduğu “İnter Mayami” klubunun adı dəyişdirilə bilər.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Milan “İnter”inin ad hüquqlarına görə MLS təmsilçisini məhkəməyə verməsidir.

Bu məsələ ilə bağlı ilkin mübahisələr 2018-ci ilin sentyabrında yaranmışdı. “İnter” və “İnter Mayami” arasındakı məhkəmənin ilk mərhələsi dünən keçirilib və italyanların qələbəsiylə başa çatıb. MLS təmsilçisi “İnter Mayami” adından istifadə hüququnun doğru olduğunu sübut edə bilməsə, ad dəyişdirmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, “İnter Mayami” 2021-ci ildən MLS-də mübarizə aparacaq.

 


Etiketlər:  Bekhemin klubunun adı dəyişdirilə bilər İnter məhkəməni uddu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ