Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 18:44
İcarə əsasında "Bavariya"da çıxış edən Filippe Koutinyo gələcək karyerası ilə bağlı qərar verib.
Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi növbəti mövsümü də Münhen klubunda çıxış etmək niyyətindədir. 27 yaşlı futbolçu hələlik müqavilə ilə məxsus olduğu "Barselona"ya qayıtmaq istəmir.
Qeyd edək ki, ötən yay "Bavariya"ya keçən Koutinyo bu mövsüm Bundesliqada 19 oyunda meydana çıxan Koutinyo 6 qol vurub, eyni sayda məhsuldar ötürmə edib.