Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 21:44
İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi FETÖ terror təşkilatının üzvü olan şəxslərin saxlanılması istiqamətində əməliyyatları davam etdirir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Türkiyənin İstanbul, Ankara, İsparta və Bolu şəhərlərində terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 28 dövlət qulluqçusundan 14-ü saxlanılıb. Onların, eyni zamanda, təşkilatın kriptoqrafik xəbərləşmə sistemi "Bylock"dan istifadə etdikləri də müəyyən olunub.
Şübhəlilərdən beşinin xaricdə olduğu aşkarlanıb. Hazırda digər şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.