Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 10:00
Bosniya və Herseqovinanın “Çelik” klubunun baş məşqçisi Ümit Özat Elvin Yunuszadənin transferindən danışıb.
Qol.az xəbər verir ki, türkiyəli mütəxəssis Bosniya mətbuatına müsahibəsində komandasının hazırlığını dəyərləndirərkən Elvinin “Çelik”ə faydalı olacağına inandığını deyib:
“Oyunçularımın işindən, motivasiyasından tam razıyam. Hazırlığımız çox yaxşı gedir. Hər futbolçunu faydalı olsun deyə alırıq. Çempionlar Liqasında 6-7 oyun keçirib. Azərbaycan çempionatı asan çempionat deyil. Bizə faydalı olacağını düşünürəm”.
Xatırladaq ki, millimizin sabiq üzvü bir neçə gün əvvəl “Çelik”lə mövsümün sonunadək müqavilə imzalayıb.