Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hikmət Hacıyev: "Parlament seçkiləri Azərbaycanın ümumi siyasi sistemində daha bir inkişaf səhifəsidir"

Hikmət Hacıyev:

Tarix: 12 Fevral 2020 11:27

Parlament seçkiləri Azərbaycanın ümumi siyasi sistemində daha bir inkişaf səhifəsidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-ın "John Batchelor Show" radioverilişinə müsahibəsində deyib.

O bildirib ki, qanunvericilik hakimiyyətinin icra hakimiyyəti ilə daha yaxşı koordinasiyanın təmin olunması üçün Azərbaycanda növbədənkənar seçkilər keçirildi:

"Bu seçkilərin təşəbbüskarı hakim partiya olub. Biz bu seçkiləri Azərbaycanın ümumi siyasi sistemində daha bir inkişaf səhifəsi kimi qəbul edirik".

H.Hacıyev qeyd edib ki, Prezident İlham Əliyevin 2018-ci ildə təkrar seçilməsindən sonra hökumət qarşısında qoyulan prioritetlərdən biri Azərbaycan hökumətinin işinin səmərəliliyinin artırılması, eləcə də Azərbaycanın daha dayanıqlı və ardıcıl inkişafını təmin etmək, yeni çağırışlara hazır olmaq məqsədilə hökumətdə islahatların aparılması idi:

"Bunun nəticəsində biz Azərbaycan dövlət idarəçiliyində epxal dəyişikliklərin şahidi olduq. Prezident Administrasiyası kimi strukturda dəyişikliklər aparıldı, yeni insanlar cəlb edildi. Nazirlər Kabinetinin tərkibində də dəyişikliklər edildi. Struktur və kadr dəyişiklikləri bir-birini tamamlayır, çünki hər bir islahat prosesində əsas amil bu islahatları həyata keçirən insanlardır".

Milli.Az


Etiketlər:  Hikmət Hacıyev Parlament seçkiləri Azərbaycanın ümumi siyasi sistemində daha bir inkişaf səhifəsidir


RƏYLƏR