Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azyaşlı qızı ayaqyolunda zorladı, telefonuna çəkdi - FOTO

Azyaşlı qızı ayaqyolunda zorladı, telefonuna çəkdi - FOTO

Tarix: 12 Fevral 2020 21:00

Avstraliyada xərçəng xəstəliyindən əziyyət çəkən 56 yaşlı kişi rəqs studiyasının ayaqyolunda yeddi yaşlı qıza təcavüz edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata əsasən, Entoni Samperini adlı kişi təcavüzdən əvvəl azyaşlının üzünə zərbə endirib və bıçaqla hədələyib. Pedofil törətdiyi cinayəti telefonuna çəkib.

Küçədə qızını gözləyən ana gecikən övladına görə narahat olub və rəqs studiyası olan ünvana qalxıb. Uşağının qışqırtısını tanıyan ana ayaqyolunun qapısını sındırmağa çalışıb. Qadın qapını açmağı bacarsa da, pedofil onu bıçaqla yaralayıb. Yaranan səs-küyə gələn şəxslər E.Samperini yaxalaya biliblər.

Məhkəmədə müttəhim bildirib ki, narkotik maddələrin təsiri altında olub və törətdiyi əməli dərk etməyib. Hakim 56 yaşlı kişini ömürlük həbs cəzasına məhkum edib.

Milli.Az


Etiketlər:  Azyaşlı qızı ayaqyolunda zorladı telefonuna çəkdi FOTO


RƏYLƏR