Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 22:42
Artıq Çində başlayan koronavirus epidemiyası 1000 nəfərin canını alıb.
Yüz minlərlə insan isə virusla mübarizə aparır.
Maraqlı məqamlardan biri də, ölənlər içində azyaşlı uşaqların olmamasıdır. Alimlər bunu araşdırıb və maraqlı nəticəyə gəliblər.
Medicina.az xəbər verir ki, uşaqlar da bu virusa yoluxur. Lakin göründüyü kimi yaşlılardan daha tez sağalır və xəstəliyi ağır keçirmir.
Artıq koronavirusa yoluxanlar içində azı 3 yenidoğulmuş var.
Ağır xəstələr və ölənlər 49-56 yaş arasındadır. Uşaq və yeniyetmələr xəstələr arasında azdır.
Hələ ki, bir nəfər də uşaq ölümü qeydə alınmayıb.
"Biz sona kimi bunun dəqiq səbəbini bilmirik, koronavirus zərif uşaq orqanizmini çökdürə bilmir. Uşaqlarda anadangəlmə immunitet, yəni yad patogenlərə erkən reaksiya və mübarizə daha aktivdir. Anadandəlmə immun sistem viruslardan qorunmada birinci xətt mühafizədir.
Uşaqda bu immun cavab güclüdürsə, o zaman koronavirus orqanizmə düşən kimi aşkarlanır və mübarizə başlayır. Təəssüf ki, böyüklərdə bu kəskin reaksiya yoxdur və xəstəlik ağırlaşır".
Alimlər bildirir ki, körpələrdə ümumiyyətlə koronavirus simptomlarını göstərmir, sadəcə virus pnevmoniyası başlayır.
Bu təkcə koronavirusda yox, digər patogenlərdə də belədir. Böyüklər qızılcadan da daha çox halda ölür, nəinki uşaqlar.
Həmçinin uşaqların qan damarları, tənəffüs sistemi daha təmiz və sağlam olduğu üçün virus pnevmoniyası ölümcül ağırlaşma vermir.