Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 22:56
İmişlidə bir ailənin 3 üzvü turşudan zəhərlənib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən evdə qeydə alınıb. Belə ki, rayon sakinləri - 1971-ci il təvəllüdlü Ağayev Elman Mahmud oğlu, 1968-ci il təvəllüdlü Ağayeva Sayalı Sarış qızı və onların qızı 2005-ci il təvəllüdlü Ağayeva Samirə Elman qızı pomidor turşusundan zəhərlənib. Zəhərlənənlər İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, Sayalı Ağayevanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.