Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“O, Məşqçilər Komitəsində təmsil oluna bilməz” - Elxan Məmmədov

“O, Məşqçilər Komitəsində təmsil oluna bilməz” - Elxan Məmmədov

Tarix: 13 Fevral 2020 10:32

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov “Azərbaycan Radiosu”na müsahibə verib.

Qol.az xəbər verir ki, o, müsahibə zamanı bir sıra məqamlara toxunub.

Qurum rəsmisi  millimizin baş məşqçi vəzifəsinə namizədlər haqda bunları deyib: “AFFA İcraiyyə Komitəsinə namizəd mütəxəssislərin geniş siyahısı təqdim edilib və müzakirə üçün geniş vaxt verilib. Siyahıda yerli mütəxəssisin olmaması o demək deyil ki, onlar namizədlər arasında yoxdur. Sadəcə, siyahıya sırf ənəbilər ona görə daxil edilib ki, yerli məşqçilərimizi hamımız yaxşı tanıyırıq, onların hər bir göstəricisinə bələdik, bunun üçün ayrıca araşdırma aparmağa gərək görülmür. Əcnəbilərin olduğu 32 nəfərlik siyahı isə onlar haqqında öyrənmək, tanımaq və fikir bildirərkən yekun məlumatların olmasına görə idi.

Biz yığmaya baş məşqçi seçərkən ən əvvəl nəzərə alırıq ki, onun beynəlxalq təcrübəsi olsun. Yerli mütəxəssislərdən də bu baxımdan bircə Qurban Qurbanovu misal göstərmək olar. Qurban bəy bizimlə çalışıb, hazırda isə klubla müqaviləsi var”.

E.Məmmədov U-23-ün yaradılması ideyası ətrafında qızğın müzakirələrin getməsi ilə bağlı da fikirlərini bildirib. Onun sözlərin görə, bu ideya İcraiyyə Komitəsinin iclasında təklif edilib, lakin qəbul edilməyib: "Düşünürük ki, 23 yaşlı fubolçu artıq əsas millidə oynamalıdır, bunun üçün ayrıca komanda yaratmağa gərək yoxdur”.

Müsahibə zamanı “CBC Sport”un əməkdaşı Elnur Məmmədlinin sosial şəbəkədə Məşqçilər Komitəsindən bir nəfəri verilişə dəvət ediyini, lakin onun - “ölkə çemponatına baxmıram” deyib, dəvətdən imtina eməsi barədə statusu xatırladılıb.

E. Məmmədov bu məsələyə belə münasibət bildirib: “Kimdir, biz bilmək istəyirik.  Komitənin çox faydalı işləri olur. Onlar xüsusən aşağı yaş millilərini yaxından izləyirlər, çatışmazlıqlar və s. barədə raport hazırlayırlar, müxtəlif təkliflər verirlər. Ölkə fubolunu yaxından izləyirlər və bu, belə də olmalıdır. Əgər kimsə izləmədiyini deyibsə, o, Məşqçilər Komitəsində təmsil oluna bilməz”.

Bizi Feysbukda da izləyin!

 


Etiketlər:  Məşqçilər Komitəsində təmsil oluna bilməz Elxan Məmmədov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ