Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 11:04
Azərbaycanın U-23 millisinin yaradılması ideyası qəbul edilməyib.
Qol.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov "Azərbaycan Radio"suna müsahibəsində bildirib. O, bununla bağlı konkret qərar verildiyini deyib:
“İcraiyyə Komitəsinin iclasında belə bir fikir səsləndirildi. Amma bu ideya təsdiqlənmədi. Konkret mənim fikrimi bilmək istəyirsinizsə, məncə U-23 milli yaratmağa ehtiyac yoxdur. Çünki 22 ya da 23 yaşlı futbolçu əsas millidə oynamalıdır. Hazırda bizim milli komandamızda hər rəsmi oyunda ən azı 2 nəfər bu yaşda futbolçu olur. Bu təklif bizim sistemə uyğun gəlmir. Onsuzda Premyer Liqada limit var. Ona görə də bu məsələ gündəmimizdə deyil”.