Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 18:12
Səsvermə günü baş verən pozuntuların 90 faizi sosial şəbəkələrdə yayılan görüntülərdir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov vurğulayıb ki, qanun pozuntularını çəkən adam onu çəkdiyi anda sosial şəbəkələrə yerləşdirir: "Bu çox gözəl ənənədir. Məhz bu məqsədlə məntəqələrdə baş verən qanun pozuntularına münasibət bildirən bloggerlərə minnətdarıq".