Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 21:40
Cümə axşamı Yaponiyanın şimal Hokkaydo adası yaxınlığında 7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentrinin Hokkaydo adasının şimal-şərq sahillərindən uzaqda, dəniz səthindən 60 km dərinlikdə yerləşdiyi bildirilir.
Yaponiyanın ictimai televiziyası Hokkaydanın cənub-şərq sahilindəki Kuşiro bölgəsində zəlzələ zamanı titrəyən ofis binaları və video monitorların görüntülərini yayımlayıb.
Hokkaydo böləginin yerli polis xidməti zəzələ nəticəsində ölən və yaralananaların olmadığını bildirib. Zəlzələ episentrinin sahildən uzaq olması səbəbi ilə heç bir dağıntı və tələfata səbəb olmayıb. Həmçinin sunami təhlükəsi də gözlənilmir.