Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xiaomi Mi 10, 3 tərəfli soyutma sistemə ilə gələcək

Xiaomi Mi 10, 3 tərəfli soyutma sistemə ilə gələcək

Tarix: 13 Fevral 2020 22:48

Xiaomi şirkətinin həvəslə gözlənilən yeni flaqman modeli Mi 10 ilə bağlı yeni xəbərlər gəlməyə davam edir. Telefonun təqdim edilməsinə günlər qalmasına baxmayaraq, hələ də cihazın tam parametrləri bəlli deyil. 13 Fevralda internet üzərindən təqdim edilməsi gözlənilən modelin mühəndisləri tərəfindən açıqlanan məlumatlara görə Mi 10 modelini sərin tuta bilmək üçün 3 tərəfli soyutma sistemindən istifadə edilib.

Sonxeber.net technote.az-a istinadən bildirir ki, Xiaomi Mi 10-un içində grafen və grafit kimi maddələr istifadə olunaraq cihazı mümkün olan ən yüksək səviyyədə soyutmaq üçün sistem hazırlanıb.

Bundan əlavə Mi 10 modelində ənənəvi olan tək nöqtədə yerləşdirilən kontrol panelləri əvəzinə 5 fərqli nöqtəyə istiliyi idarə edən panellər yerləşdirilib. Beləliklə, Mi 10 modeli termal baxımdan bütün Xiaomi telefonlarından fərqlənəcək. Cihazın soyutma sistemi süni zəkaya malikdir. Bu süni zəka hesabına cihazın istiliyi 5 fərqli nöqtədən təyin olunur və mümkün olduqca ən aşağı səviyyələrdə tutulmağa çalışılır.

Xiaomi tərəfindən paylaşılan cihazın dizaynını təsdiq edən poster şəkli aşağıda göstərilib. Ən aşağıda isə 45 dəqiqəlik PUBG testindən sonra Mi 10-nun Mate 30 Pro ilə temperatur müqayisəsini görə bilərsiniz. Göründüyü kimi Mi 10, Mate 30 Pro-ya nəzərən daha az qızır.


Etiketlər:  Xiaomi tərəfli soyutma sistemə ilə gələcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ