Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda tanınmış şəxs "QADIN MANYAKI" ÇIXDI - Görün nələr edirmiş - FOTO

Azərbaycanda tanınmış şəxs

Tarix: 14 Fevral 2020 15:36

Aparıcı Zümrüd Bədəlova "Hər şey daxil"də onu qarabaqara izləyən şəxs barədə danışıb.

Milli.Az xəbər verir ki, xanım aparıcı həmin şəxsin ölkədə yetəri qədər tanınmış adam olduğunu qeyd edib.

Zümrüd onu narahat edən şəxslə hər gün qarşılaşdığını bildirib:

"Məni bir nəfər çox narahat edirdi. Bu insanın İnstaqramda 12 fərqli-fərqli profilləri var idi. Mən bu insanı şikayət elədim. Heç kim bilməsin ki, onları tapmaq qeyri-mümkündür. Yaxşı da münkündür, çox şükür. Müasir dövrdə yaşayırıq. O adamı tapdırtdım. Sadəcə olaraq o profillərin sahibi bu gün Azərbaycanda tanınmış bir adamdır. Adı məndə gizli qalsın. O adam bilsin ki, onun kimliyini bilirik. Artıq özünə də bir-iki dəfə xəbərdarlıq da gedib. O adamı tanıyıram e, hər gün bu insan salam verir mənə. İstəmirəm onu cəzalandıram". 

Vəkil adı gizli saxlanılan şəxsin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cəzalandırıla biləcəyini deyib.

Qeyd edək ki, Məcəllənin 147-ci maddəsinə əsasən Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma ittihamı ilə yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 148-ə görə isə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma ittihamı ilə üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya on altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təhməz Təkin
Milli.Az


Etiketlər:  Azərbaycanda tanınmış şəxs QADIN MANYAKI ÇIXDI Görün nələr edirmiş FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ