Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 16:40
İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya-İran Müştərək Ticarət Palatasının prezidenti səsləndirib. Hazırda müəssisədə 300-ə yaxın adam çalışır. Əgər məhsul daşınması sürəti artarsa, 2020-ci ilin sonunadək 1 milyon tonadək yük daşınması həyata keçirilə bilər.
Qeyd edək ki, İrandan Həştərxana məhsul Yaşıl gömrük dəhlizi vasitəsilə çatdırılır. Məhsula baxış və sənədlərin qeydiyyatı bir gündən az çəkir. Bu isə rekord göstəricidir və ölkənin heç bir yerində yoxdur. Sahibkarlar üçün bu marşrut vasitəsilə məhsulların daşınması da sərfəli və rahatdır. Çünki sahibkarlar bu hab vasitəsilə yüklərini daşıyarkən daha az - təxminən 2 dəfə az vəsait sərf edirlər. Bu isə alıcıya satılan məhsulun qiymətini də sərfəli edir.
Məlumat üçün qeyd edək ki, Həştərxana gətirilən məhsullar, meyvə-tərəvəz, düyü Rusiyanın Avropa hissəsinin şəhərlərinə göndərilir. KDY logistik şirkətinin rəhbəri Qalib Məmmədov bildirib ki, təkcə İrandan hər gün 15-20 vaqon bu mərkəzə məhsul daşıyır. Amma gələcəkdə İrandan Rusiyaya tranzitlə gələn 170 maşının hamısını əhatə etməyə çalışacağıq. İrandan Azərbaycan və Dağıstandan keçməklə 4 saat ərzində məhsullar Həştərxana çatır ki, bu da sözügedən habı Cənub-Şimal beynəlxalq nəqliyyat dəhlizinin vacib elementinə çevirir.