Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 17:30
İtaliya Futbol Federasiyası videotəkrar sistemində (VAR) yenilik etmək niyyətindədir.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, federasiya komandalara etiraz haqqının verilməsi üçün FİFA-ya müraciət edib.
Yeni qayda tətbiq olunsa, A Seriyası təmsilçiləri hakimin VAR-a müraciət etmədiyi epizodlarda etiraz edərək, həmin epizoda baxılmasını tələb edə biləcək.
Qeyd edək ki, son vaxtlar A Seriyasında hakim idarəçiliyindən narazılıq var. Ən son “Napoli”nin baş məşqçisi Cennaro Qattuzo və “Latiso”nun çalışdırıcısı Simeone İnzaqi hakim qərarlarına etirazını bildirib.