Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yerdən 980 manat tapan şəxs pulu sahibinə qaytarıb - FOTO

Yerdən 980 manat tapan şəxs pulu sahibinə qaytarıb -  FOTO

Tarix: 14 Fevral 2020 20:10

Fevralın 12-də Daxili İşlər Nazirliyinin (DİN) "102" Zəng Mərkəzinə müraciət edən vətəndaş həmin gün Səbail rayonu ərazisində pulqabısını itirdiyini bildirib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, müraciətlə əlaqədar Bakı şəhər sakini Nüsrət Sultanov Səbail RPİ-nin 9-cu Polis Bölməsinə dəvət edilib. O, paytaxtın "Tarqovı" kimi tanınan "Nizami" küçəsində içərisində bank kartları, sənədləri və 980 manatı olan pulqabısını naməlum şəraitdə itirdiyini deyib.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

Həmin gün axşam saatlarında DİN-in "102" Zəng Mərkəzinə müraciət edən digər bir vətəndaş isə yerdən pulqabı tapdığını bildirərək sahibinə qaytarılması üçün polisə təhvil vermək istəməsini bildirib.

Həmin şəxs - Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Həsən Həsənov da 9-cu Polis Bölməsinə dəvət edilib. O, içərisində bank kartları, sənədlər və pul olan pulqabını polisə təhvil verib.

Araşdırma zamanı məlum olub ki, bu, N.Sultanovun itirdiyi, ona məxsus sənədlər və qeyd edilən məbləğ olan pulqabıdır.

H.Həsənov Nizami küçəsində olarkən həmin pulqabını yerdən tapdığını, içində sənədlər olduğundan onu sahibinə qaytarmaq üçün ancaq polisə etibar etdiyini qeyd edib.

Hər iki şəxs 9-cu Polis Bölməsinə dəvət edilib, polis əməkdaşlarının iştirakı ilə həmin pulqabı sahibinə qaytarılıb.

Nüsrət Sultanov və Həsən Həsənov göstərdikləri bu köməkliyə görə polis əməkdaşlarına təşəkkürlərini bildiriblər. Azərbaycan polisinin etimad ünvanı olduğunu, ona güvəndiklərini qeyd ediblər.

Milli.Az


Etiketlər:  Yerdən 980 manat tapan şəxs pulu sahibinə qaytarıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ