Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 22:36
Kanadanın "McMaster" Universitetinin biokimya və biotibb elmləri üzrə fəlsəfə doktoru Bet Klap yeni antibiotik kəşf edib.
Sonxeber.net xəbər verir ki, yeni tapılan "corbomycin" və "complestatin" bakteriyaların hüceyrə divarlarını nazildərək təsirsiz hala gətirir.
Beləcə quruluşu dəyişən və antibiotiklərə müqavimət göstərən bakteriyalar ölür. Bu kəşf torpaq bakteriyaları tərəfindən istehsal edilən "qlikopeptid" adlanan antibiotik ailəsinə daxildir.
Qeyd edək ki, araşdırmaçılar antibiotiki siçanlar üzərində tətbiq edib. Təcrübələr nəticəsində siçanların yeni antibiotiklərə rahatlıqla uyğunlaşdıqları müşahidə edilib. (publika.az)