Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 12:10
ABŞ-ın beş böyük əczaçılıq şirkəti noyabr ayına qədər yeni növ koronavirusa qarşı 150 milyon peyvənd hazırlamağı planlaşdırır.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin ticarət müşaviri Piter Navarro bildirib.
"ABŞ-dakı beş böyük şirkət, Manhettenlə (nüvə silahının yaradılması - red.) eyni miqyaslı layihə ilə məşğuldur. Ümid edək ki, bu ilin noyabr ayına qədər 150 milyon peyvənd dozamız hazır olacaq. Planın icrası çox səy və tədqiqat tələb edir", - P.Navarro deyib.
P.Navarro peyvəndlərin sertifikatlaşdırılması üçün ABŞ-ın Qida və Dərmanların keyfiyyətinə nəzarət İdarəsinin icazəsinin tələb ediləcəyini xatırladıb.