Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çindən təxliyyə edilən ukraynalıları ölkəyə buraxmırlar

Çindən təxliyyə edilən ukraynalıları ölkəyə buraxmırlar

Tarix: 15 Fevral 2020 12:16

Çindən təxliyyə edilən ukraynalıları ölkə ərazisinə buraxmaq istəmirlər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Kiyev vilayətinin Obuxovski rayon şurasının deputatları təcili iclas çağıraraq bu qərara gəliblər.

Onlar bu addımı yeni növ koronavirusun yerli sakinlər arasında yayılmasının qarşısını almaq üçün atdıqlarını bildiriblər.

Bununla bağlı məmurlar Ukrayna Prezidenti Vladimir Zelenskiyə və Ali Radanın "Xalqın xidmətçisi" partiyasının deputatı Aleksandr Dubinskiyə müraciət etməyi planlaşdırırlar.

Onlar Çinin Uhan şəhərindən təxliyyə olunan ukraynalıların Obuxovski rayonunda yerləşdirilməsindən imtina etmək istəyirlər.

Deputatların sözlərinə görə, ərazidə karantin üçün lazım olan tibb müəssisələri yoxdur.


Etiketlər:  Çindən təxliyyə edilən ukraynalıları ölkəyə buraxmırlar


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ