Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 23:34
"Fənərbaxça" Türkiyə Superliqasında növbəti oyununa çıxıb.
Qol.az xəbər verir ki, İstanbul təmsilçisi 22-ci turda səfərdə "Ankaragücü" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Ankaragücü" - "Fənərbaxça" - 2:1
Qollar: Lobzanidze, 13 (1:0), Rodriqes, 75 (2:0), Aziz, 90+6 (2:1)
Bu nəticədən sonra "Fənərbaxça" 38 xalla 6-cı pillədə qalıb, "Ankaragücü" isə 20 xalla 15-ci pilləyə yüksəlib. Turnir cədvəlinə 43 xalla "Başakşəhər" başçılıq edir. "Sivasspor" 42 xalla (21 oyun) 2-ci, "Trabzonspor" 41 xalla (20 oyun) 3-cüdür.