Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda final yarışları davam edir - FOTOREPORTAJ

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda final yarışları davam edir - FOTOREPORTAJ

Tarix: 16 Fevral 2020 15:10

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda final yarışları davam edir.

Qeyd edək ki, fevralın 15-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yarışlar start götürüb. İki gün baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da Olimpiadaya təsnifat xarakterli yarış olub. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib.

2021-ci ildə Azərbaycanda ilk dəfə olaraq batut gimnastikası üzrə Dünya Çempionatı təşkil ediləcək.

Milli.Az


Etiketlər:  Bakıda batut gimnastikası tamblinq üzrə Dünya Kubokunda final yarışları davam edir FOTOREPORTAJ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ