Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Renat Dadaşov İspaniya klubuna keçə bilər

Renat Dadaşov İspaniya klubuna keçə bilər

Tarix: 16 Fevral 2020 18:26

Azərbaycan millisinin və Wolverhampton-un gənclərdən ibarət komandasının üzvü Renat Dadaşova yeni təklif var.

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, Sequnda təmsilçisi Alcorcon ingilislərə müraciət edərək Renatı icarəyə götürmək istədiklərini bildirib. İspaniya klubu yığmamızın gənc forvardıyla bağlı planları gələn mövsüm üçün qurub.

Hərçənd futbolçuya yaxın mənbədən verilən məlumata görə, Wolverhampton-un idarəçiləri Alcorcon-a rəsmi cavab verməyə tələsmir. Dadaşovun əsas komandaya cəlb edilməsini hədəfləyən britaniyalılar öncə Renatın nəyə qadir olduğunu sınamaqda maraqlıdır.


Etiketlər:  Renat Dadaşov İspaniya klubuna keçə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ