Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yarışlardan təəssüratlar yaxşıdır, xüsusən də evə medalla geri döndüyüm üçün - Belarus idmançısı

Yarışlardan təəssüratlar yaxşıdır, xüsusən də evə medalla geri döndüyüm üçün - Belarus idmançısı

Tarix: 16 Fevral 2020 23:46

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun gümüş mükafatçısı, Belarus atleti İvan Litvinoviç (batut gimnastikasında fərdi hərəkətlər) yarışdakı çıxışından məmnun qalıb.

Sonxeber.net bildirir ki, bunu Trend-ə beloruslu idmançı deyib.

"Yarışlardan təəssüratlar yaxşıdır, xüsusən də evə medalla geri döndüyüm üçün. Dünya Kubokunda iştirak etməzdən əvvəl medal qazanacağıma ümid etmirdim, məqsəd finala çıxmaq idi ... . Finaldakı proqramı dəyişdirmədim, bu, ixtisasda olan proqram idi. Məşqçi bunun mübarizəyə qatılmaq və başqaları ilə rəqabət aparmaq üçün kifayət olduğunu söyləmişdi", - deyə Belarus idmançısı bildirib və əlavə edib ki, komanda daxilində böyük rəqabət vardı.

İ.Litvinoviç vurğulayıb ki, Bakının Milli Gimnastika arenasında idmançılar üçün gözəl şərait yaradılıb.

"Üçüncü dəfədir Bakıya gəlirəm, artıq gimnastika arenasına öyrəşmişik, burada hər şey doğma və tanışdır", - idmançı deyib.

Qeyd edək ki, 15-16 fevral tarixlərində Bakının Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku üzrə yarışlar keçirilib. 30 ölkənin 150-dək gimnastının iştirakı ilə keçirilən Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyıb.


Etiketlər:  Yarışlardan təəssüratlar yaxşıdır xüsusən evə medalla geri döndüyüm üçün Belarus idmançısı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ