Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

RİİB könüllülər üçün mentorluq fəaliyyətinə dair layihə həyata keçirir

RİİB könüllülər üçün mentorluq fəaliyyətinə dair layihə həyata keçirir

Tarix: 17 Fevral 2020 16:54

"Regional İnkişaf" İctimai Birliyi (RİİB) gənc könüllülərin bilik və bacarıqlarının artırılması, dünyagörüşlərinin inkişafı və təcrübə qazanmalarına şərait yaratmaq məqsədi ilə mentorluq layihəsinə start verib.

Sonxeber.net xəbər verir ki, İctimai Birlikdən Trend-ə verilən məlumata görə, "Təcrübə və inkişaf proqramı" çərçivəsində həyata keçirilən layihə üzrə 18-25 yaş arası şəxslər 1 ay müddətində müxtəlif dövlət və özəl müəssisələrində peşəkar mentorlarla işləyərək, onların təcrübələrindən yararlanmaq imkanı əldə edəcəklər. 3 ay davam edəcək layihə Bakı şəhəri və regionlardan olan 200 gənci əhatə edəcək.

Layihədə iştirak etmək istəyən şəxslər fevralın 29-dək qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, "Təcrübə və inkişaf proqramı"nın əsasında öyrənmə və özünüinkişaf strategiyası durur. Layihə gənclərə təcrübə qazanaraq karyeralarında növbəti uğurlu addım atmaq imkanı yaratmaqla yanaşı, onların sosial şəbəkələşməsinə də xidmət edir.

Qeydiyyat üçün link:

http://tiny.cc/qx23jz

Proqramla bağlı bütün suallara (012) 5050150 və "150" telefon nömrələri, [email protected] elektron poçt ünvanı vasitəsilə cavab almaq olar.


Etiketlər:  RİİB könüllülər üçün mentorluq fəaliyyətinə dair layihə həyata keçirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ