Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2020 17:04
“Keşlə”nin legioneri Sezar Meza Kolli onun milliləşdiriləcəyi ilə bağlı AFFA-nın bu gün yaydığı açıqlamayla bağlı fikirlərini bildirib.
Qol.az azerisport.com-a istinadən xəbər verir ki, 28 yaşlı paraqvaylı yarımmüdafiəçi bildirib:
“Həmişə demişəm ki, Azərbaycan mənim ikinci vətənim kimidir. Azərbaycan pasportu alacağıma görə sevinirəm. Bu, mənim üçün yaxşı xəbərdir. Çalışacağam ki, dəvət alacağım təqdirdə Azərbaycan millisinə maksimum dərəcədə xeyirli olum”.