Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2020 18:38
Əfqanıstanın hazırkı rəhbəri Əşrəf Qəni yenidən prezident seçkilərinin qalibi olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Müstəqil Seçki Komissiyasının (MSK) sədri Havu Ələm Nuristaninin açıqlamasında deyilir. O bildirib ki, Qəni seçicilərin 50,64%-nin səsini toplayaraq ikinci müddətə prezident seçilib.
Səsvermənin nəticələrinə görə, ikinci yeri 39,52% səslə Abdulla Abdulla, üçüncü yeri 3,85% səslə Gülbəddin Hikmətiyar tutub.
Qeyd edək ki, MSK-nın nəticələri elan etməsindən sonra Abdulla "Facebook" səhifəsində bununla razılaşmayaraq səslərin yenidən hesablanmasını tələb edib.
Xatırladaq ki, Əfqanıstanda prezident seçkiləri ötən il sentyabrın 28-də keçirilib. İlkin nəticələr elan olunduqdan sonra Əfqanıstanın Şikayətlər və İradlar Komissiyasına 16,5 min şikayət daxil olmuşdu.