Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 07:42
Böyük Britaniyanın Teym şəhərində oğlan sevgilisini ölümdən qurtarıb.
Sonxeber.net bildirir ki, sosial şəbəkədə tanış olan Niki Heuit adlı müəllim və Ben Brever adlı menecer sevgili olublar.
Onlar internetdə danışandan doqquz ay sonra ilk dəfə görüşüblər. Bir ay sonra növbəti görüşdə B.Brever sevgilisi N.Heuitin sinəsində temperatur olduğunu hiss edib və onlar bununla bağlı həkimə müraciət ediblər.
Müayinə zamanı N.Heuitin sinəsində altı santimetr həcmində şiş aşkarlanıb. Şişin artıq ikinci mərhələdə olduğu və limfalara yayıldığı məlum olub.
Xəstəxanadan qayıdandan sonra qadın sevgilisinə ondan ayrılmaq istəsə, bunu anlayışla qarşılayacağını deyib.
Lakin B.Brever onunla yaşamağa davam edəcəyini deyərək ayrılmayıb.
Şişin ölçüsünü azaltmaq üçün Heuit müalicələrə başlayıb və xəstəliyin öhdəsindən gəlib. O, "əgər Ben olmasaydı bəlkə də uzağı beş il yaşayacaqdım", - deyə həyatını sevgilisinə borclu olduğunu bildirib. (ölkə.az)